Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı vəziyyət necədir?
Azərbaycanda COVID-19 ilə bağlı epidemioloji vəziyyət stabildir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
“Tək-tək yoluxma hadisələrinin qeydə alınmasına baxmayaraq, kütləvi yayılma halları müşahidə edilmir. Epidemioloji vəziyyət nəzarət altındadır”, – deyə məlumatda qeyd edilib.