Həm evi, həm də mağazası kül oldu: İsmayıllı sakininin bir gündə yaşadığı faciə – YENİLƏNİB + FOTO/VİDEO
Həm evi, həm də mağazası kül oldu: İsmayıllı sakininin bir gündə yaşadığı faciə – YENİLƏNİB + FOTO/VİDEO
İsmayıllıda bazar ərazisi yaxınlığında baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Belə ki, yanan ev və külə dünən mağaza bir şəxsə məxsus olub.
Hadisə şahidlərinin sözlərinə görə, yanğın güclü olduğundan mağazadan heç nə çıxarmaq mümkün olmayıb.
Daha ətraflı Baku TV-nin süjetində:
13:39
İsmayıllı şəhərinin mərkəzində, bazarın yaxınlığında başlayan güclü yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində baş verən yanğın, havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
13:27
İsmayıllı şəhərində böyük ərazidə yanğın başlayıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində, şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində başlayan yanğın qısa zaman ərzində böyük əraziyə sıçrayıb.
Məlumata görə, hazırda iki ev və üç mağaza yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb olunub.