Türk Lirəsi daha da ucuzlaşdı
Dollar/Türk Lirəsi (TL) məzənnəsi 3 faizə qədər artımla 26 səviyyəsini keçərək rekordunu yeniləyib.
Valyuta ehtiyatları tükənmiş, xarici ticarətində milyardlar ilə kəsir yaranmış, inflyasiyada rekordlar qırmış Türkiyənin milli valyutası ucuzlaşmaqda davam edir.
Aztime.az Marja.az-a istinadən xəbər verir ki, bu gün Dolların qiyməti 26 Türk lirəsini də keçərək 26,0480 lirəni görüb. Bu gün Lirə Dollar qarçısında təxminən 3% dəyərdən düşüb.
Avro/Türk Lirəsi məzənnəsi də təxminən 3% yüksələrək 28,39 səviyyəsini keçib.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) gözləntilərdən aşağı faiz artırması və Maliyyə naziri Mehmet Şimşekin sərbəst məzənnə rejiminə vurğu etməsindən sonra sürətlənən ucuzlaşama həftənin ilk əməliyyat günündə də davam edir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.