Əvəz Zeynallı azadlığa buraxılıb
“Xural” internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallı azadlığa buraxılıb.
Aztime.az APA-ya istinadən xəbər verir ki, Əvəz Zeynallı Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən azadlığa çıxıb.
***
“Xural” internet telekanalının 9 il azadlıqdan məhrum edilən rəhbəri Əvəz Zeynallının səhhətinə görə həbsdən azad edilməsi ilə bağlı müraciətə baxılıb.
Aztime.az Teleqraf-a istiandən xəbər verir ki, Nizami rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Əvəz Zeynallı və müdafiəçisinin vəsatəti təmin edilib və Əvəz Zeynallı xəstəliyi səbəbindən cəzadan azad edilib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.