Dünya liderləri Roma Papasının dəfn mərasimində
Aztime.az -ın “BBC News”a istinadla verdiyi məlumata görə, mərasimdə bir çox ölkə liderləri və kral ailələrinin nümayəndələri iştirak edirlər.
Britaniya şahzadəsi Uilyam, İspaniya kralı VI Felipe və kraliça Letisiya tədbirdə iştiraklarını təsdiqləyiblər.
Müqəddəs Pyotr meydanında keçirilən mərasimə həmçinin ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp, keçmiş prezident Co Bayden və keçmiş birinci xanım Cill Bayden, Ukrayna prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Braziliya prezidenti Luis İnasiu Lula da Silva, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Filippin prezidenti Ferdinand Markos-kiçik və s. qatılıblar.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.