İrəvanda Paşinyanın partiyasına məxsus ofisi partlatmağa cəhd edildi
İrəvanda Paşinyanın partiyasına məxsus ofisi partlatmağa cəhd edildi
Ermənistanın paytaxtı İrəvanda hakim “Mülki Müqavilə” Partiyasının ofislərindən birinin yaxınlığında partlayıcı qurğu yerləşdirilib.
Erməni KİV-i yazır ki, hadisə yerinə İrəvanın polis rəisi Aram Ovanisyanın başçılığı ilə çox sayda polis gəlib.
Təhlükəsizlik qüvvələri partlayıcı qurğunu aşkar edərək zərərsizləşdiriblər.
Məlumat üçün əlavə edək ki, bir neçə gün əvvəl elə həmin küçədə daha bir partlayıcı qurğu tapılmışdı.
O zaman partlayıcı vasitənin hökumətyönlü deputat Qurgen Arsenyanın ofisinin yaxınlığında aşkarlandığı məlum olmuşdu.
Mənbə: Sputnik Ermənistan