Tramp Makron barədə: “Onun dedikləri önəmli deyil”
ABŞ Prezidenti Donald Tramp Fransanın dövlət başçısı Emmanuel Makronun Fələstini rəsmən tanımaq təşəbbüsünü dəstəkləməkdən imtina edib.
Aztime.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
“Onun dedikləri önəmli deyil. Mən ona hörmət edirəm, amma onun dedikləri heç bir məna kəsb etmir. Onun bəyanatının heç bir çəkisi yoxdur”, – deyə ABŞ prezidenti bildirib.
Xatırladaq ki, bundan əvvəl Emmanuel Makron Fransanın BMT Baş Assambleyasının sentyabrda keçiriləcək iclasında Fələstin dövlətini rəsmən tanıyacağını bəyan edib. O həmçinin Qəzzada müharibənin dayandırılmasının və mülki əhaliyə lazımi dəstəyin göstərilməsinin son dərəcə vacib olduğunu vurğulayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.