Beynində çip olan xəstə: “İmplantın effektivliyi artır”
Beynində ABŞ-nin “Neuralink” şirkətinin çipi olan ilk xəstə Nolan Arbo bildirib ki, düşüncəni idarə etməyə imkan verən implantın effektivliyi yüksəlir.
Oxu.Az xəbər verir ki, o bu barədə “RIA Novosti”yə açıqlamasında deyib.
Hazırda elektrodların cəmi 15%-i işləsə də, Nolan Arbo təcrübənin daha çox iş görə biləcəyini qeyd edir.
O ümid edir ki, gələcəkdə elektrodların 90-100%-ni işə salmaq mümkün olacaq.
Xatırladaq ki, 30 yaşlı Arbo, təxminən səkkiz il əvvəl suya tullanan zaman başından zərbə alaraq çiyinlərindən aşağı iflic olmuşdu. 2024-cü ilin yanvar ayının sonunda ona “Neuralink” cihazı implantasiya edilib. Bu onun orqanizmindən beyinə gedən sap kimi elektrodları olan qəbuledici kapsuldur.