“Rusiyanın Ukraynaya zərbələr endirməsi bizim üçün uğurlu bir addım deyil. ABŞ bunu alqışlamır və Rusiyanın çox uğursuz bir vaxtda atdığı addım kimi dəyərləndirir”.
Aztime/az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O bildirib ki, bu zərbələr nəticəsində əsgərlər ölür və atılan addımlar sülh danışıqlarını ertələyir:
“Vladimir, dayanmaq vaxtıdır. Həftəyə 5 min əsgər ölür. Biz sülh razılaşmasını əldə etməliyik”, – Tramp vurğulayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.