“2024-cü il ərzində sərhəddə qeydiyyat müddəti 62 faiz, sərhədkeçmə 29 faiz, rəsmiləşdirmə müddəti 17 faiz, fiziki yubanmalar isə 24 faiz azaldılıb”.
Aztime.az-ın məlumatına görə, bu fikirləri “Sahibkarlar günü” və 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar “Konstitusiya və Suverenlik – Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov deyib.
O bildirib ki, toplanan gömrük rüsumları və vergiləri 2024-cü il dövlət büdcəsinin 17.9 faizini, ümumdaxili məhsulun 5.3 faizini təşkil edib:
“Büdcə daxilolmaları 2023-2024-cü illərlə müqayisədə 4.9 faiz artırılmaqla, 6 milyard 648 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.