“Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilib
Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.
Aztime.az President.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14 (Cild I); 2024, № 1, maddə 19, № 2, maddə 137, № 7, maddə 755, № 12 (II kitab), maddələr 1328, 1350; 2025, № 1, maddələr 4, 7) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin üçüncü-beşinci hissələri müvafiq olaraq dördüncü-altıncı hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər.”.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.