Kamçatka sahillərində güclü zəlzələ olub
Kamçatka sahillərində güclü zəlzələ olub
Sakit okeanda, Rusiyanın Kamçatka yarımadasının cənub-şərqində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 330 kilometr aralıda, ocağı 95 kilometr dərinlikdə yerləşib.
Mənbə: Gsras.ru