İlon Maskdan ABŞ-də prezident seçkisi ilə bağlı gözlənilməz qərar – FOTO
İlon Maskdan ABŞ-də prezident seçkisi ilə bağlı gözlənilməz qərar – FOTO
Amerikalı milyarder İlon Mask ABŞ-də keçiriləcək prezident seçkisində kimi dəstəklədiyini açıqlayıb.
O, bu barədə “X” sosial şəbəkə hesabında paylaşım edib.
Amerikalı milyarder Respublikaçılar Partiyasını dəstəklədiyini yazıb.
“Hələ bir neçə il əvvəl mən demokratlara 100% səs verdim. İndi düşünürəm ki, bizə “qırmızı dalğa” lazımdır (qırmızı – respublikaçıların rəngidir – red.), əks halda ABŞ üçün son olacaq”, – deyə Mask bildirib.
Qeyd edək ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.
Qeyd edək ki, ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Mənbə: TASS