Vüqar Bayramov: “Fransanın təsir dairəsində olan başqa digər qurumlar kimi AŞPA da “sıfır cəmli” oyun oynayır”
Vüqar Bayramov: “Fransanın təsir dairəsində olan başqa digər qurumlar kimi AŞPA da “sıfır cəmli” oyun oynayır”
“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı qərəzli qətnaməsi qurumun özünün nüfuzuna ciddi xələl gətirir”.
Bu barədə iqtisadçı ekspert, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzurun 30 il ərzində Ermənistan tərəfindən işğal altında qalmasına və tamamilə dağıdılaraq talan edilməsinə göz yuman AŞPA Qafqazdakı yeni düzəndən ciddi narahatlıq keçirməkdədir.
“Fransanın təsir dairəsində olan başqa digər qurumlar kimi AŞPA da “sıfır cəmli” oyun oynayır. Qafqazda dayanıqlı sülhə nail olmaq üçün isə həmin qurumların “uduş-uduş” (win-win) strategiyasına ehtiyac var idi.
Azərbaycan postsovet məkanında münaqişəyə cəlb olunan ölkələr arasında öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən ilk dövlətdir. Təəssüf ki, bu reallığı bir sıra beynəlxalq qurumlar həzm edə bilmir. Bunun isə bircə adı var: Rasizm”, – deyə o qeyd edib.