Pakistanlı ekspert: “AŞPA heç bir münaqişənin həllində effektivlik nümayiş etdirməyib”
Pakistanlı ekspert: “AŞPA heç bir münaqişənin həllində effektivlik nümayiş etdirməyib”
“Avropa Şurası Parlament Assambleyası (AŞPA) heç bir regional münaqişənin, o cümlədən Qarabağ, Abxaziya və Cənubi Osetiya (Gürcüstan) və hətta Ukraynada davam edən müharibənin həllinə konstruktiv və müsbət təsir göstərməyib”.
Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin icraçı direktoru Mahmud Ulhəsən Xan deyib.
Ekspert qeyd edib ki, Qarabağ münaqişəsinin həllində təşkilatın rolu tamamilə səmərəsiz olub, eləcə də münaqişə tərəflərini hər hansı hərbi avantüralardan çəkinməyə inandırmaq kimi əsas vəzifələrindən heç birini yerinə yetirə bilməyib:
“AŞPA-nın əksər qərar və qətnamələrinin əksəriyyəti məqsədyönlü şəkildə Ermənistanın xeyrinə olub, o, günahsız qurban, siyasi və iqtisadi cəhətdən zərər görmüş, marginallaşmış, sosial ayrı-seçkiliyə məruz qalmış bir ölkə kimi təqdim edilib”.
M.Xan bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələrində Azərbaycana və onun xalqına qarşı mənfi münasibətin formalaşmasında erməni diasporu da rol oynayıb:
“Aİ-nin iki ən böyük ölkəsi və iqtisadiyyatı olan Almaniya və Fransa dəfələrlə məqsədyönlü şəkildə hücum hədəfi kimi Azərbaycanı seçirlər ki, bu da ölkə xalqını dərindən yaralayır. Bununla yanaşı, bu ölkələrdən hərbi yardım, artan sosial-iqtisadi inteqrasiya imkanları və diplomatik dəstək alan Ermənistan Qarabağda və ətraf rayonlarda Azərbaycanın dinc vətəndaşlarına qarşı insan hüquqlarının pozulması, ayrı-seçkilik və soyqırımı kimi ciddi və həssas məsələlərə dair Avropa Şurasının hər hansı sanksiyalardan azad olaraq qalır”.
O qeyd edib ki, əvvəlki illərdə Azərbaycan AŞPA-nın bütün yalan, saxta təbliğat və bəyanatlarına qarşı uğurla mübarizə aparıb:
“Lakin bu təşkilatın bu cür addımına baxmayaraq, Azərbaycan Avropanın qalan hissəsi ilə multikulturalizmi, iqtisadi əlaqələri və siyasi əməkdaşlığı inkişaf etdirmək imkanına malik olan bu platformanı tərk etməməlidir”.
“Avropada bir çox müxtəlif səslər var, onlardan Azərbaycanın real imicini əldə etmək və formalaşdırmaq üçün istifadə etmək olar”, – politoloq vurğulayıb.