“Mançester Siti” və “Tottenhem” üç xalı dörd qolla aldılar
İngiltərə Premyer Liqasında ikinci turun oyunları keçirilir.
Oxu.Az xəbər verir ki, son çempion “Mançester Siti” doğma meydanda “İpsviç”lə qarşılaşıb.
Matç ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Şəhərlilər”in heyətində Erlinq Haaland het-triklə yadda qalıb.
Digər qarşılaşmada “Tottenhem” “Everton”u qəbul edib. Qonaqlar qapılarında 4 cavabsız qol görüblər.
Xatırladaq ki, “Siti”nin aktivində iki oyundan altı, “Tottenhem”in isə dörd xalı var.