Tailand “F-16” qırıcıları ilə Kamboca ordusunun mövqelərini bombalayıb
Tailand Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri sərhəddəki gərginliyin artması ilə əlaqədar Kamboca ordusunun mövqelərini bombalayıb.
Aztime.az xəbər verir ki, bu barədə “Khmer Times” qəzeti məlumat yayıb.
Belə ki, saat 11:30-da (Bakı vaxtı ilə 08:30 – red.) Tailand Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları Preaxvixea əyalətindəki mübahisəli sərhəd zonası boyunca Kambocaya məxsus hərbi mövqelərə zərbələr endirib.
Məlumatda qeyd olunur ki, toqquşmalar səhər saat 7:30-də (Bakı vaxtı ilə 04:30 – red.) Oddar-Miençey vilayətində mübahisəli sərhəd bölgəsi yaxınlığında başlayıb.
Yerli sakinlər şiddətli atışma və partlayış səsləri eşitdiklərini bildiriblər ki, bu da hər iki tərəfin ağır silahlardan istifadə edə biləcəyini göstərir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.