Rusiya Ermənistana təbii qazın nəqlini dayandırır
Rusiyadan Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq.
Aztime.az xəbər verir ki, bu barədə “Qazprom Ermənistan” məlumat yayıb.
“Şimali – Cənubi Qafqaz” tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən “Kazax-Saquramo” hissəsində (DN 1000) qəza-bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar iyulun 24-ü saat 07:00-dan 26-ı saat 19:00-dək Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, – deyə məlumatda bildirilir.
Qeyd olunan müddət ərzində daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü hesabına istehlakçıların qazla fasiləsiz və etibarlı təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.