Paşinyan təcili Rusiyaya getdi
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyada iki günlük işgüzar səfərdədir və burada təbiət və ətraf mühitin mühafizəsi üzrə beynəlxalq konfransda iştirak edəcək.
Aztime.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qeyd edək ki, Paşinyanı Anna Akopyan və qızı müşayiət edir. Rusiya mətbuatı xəbər verir ki, ölkənin baş naziri Mixail Mişustin iyulun 24-dən 26-dək beynəlxalq ekoloji konfransın keçiriləcəyi Qorno-Altayskda Nikol Paşinyanla görüşüb .Hökumət başçılarının görüşündə hər iki ölkənin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər. Görüşün məzmunu barədə məlumat verilmir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.