Separatçıların Xocalıda “xidmət apardığı” hərbi hissə – VİDEO
Separatçıların Xocalıda “xidmət apardığı” hərbi hissə – VİDEO
Xocalının Malıbəyli kəndində yerləşən vaxtilə erməni separatçılarının “xidmət apardığı” hərbi hissələrdən birinin görüntüsü yayılıb.
Qeyd olunub ki, bura onların maddi-texniki təminat bölüyü hesab edilib.
Hərbi ekspert Ədalət Verdiyev Baku TV-yə açıqlamasında qeyd edib ki, burada müxtəlif təyinatlı maşınlar var:
“Hərbi hissədə həm yük maşınları, həm də texniki xidmət avtomobilləri var. Burada olan rabitə vasitələri və avadanlıqlar çox bahalıdır. Demək olar ki, bu gün Ermənistan ordusunun onlardan almaq imkanı belə məhduddur”.
Ə.Verdiyev hərbi hissədə aşkarlanan məxfi xəritələrdən də danışıb:
“Azərbaycan Respublikası və “Dağlıq Qarabağ Respublikası”nın ərazisinin xəritələrini dərc ediblər. Bu xəritələr Ermənistan tərəfindən qondarma qurumun tərkibində fəaliyyət göstərən silahlı birləşmələrə göndərilib. Bu bir daha onu göstərir ki, erməni silahlılarının Azərbaycana qarşı fəaliyyəti Ermənistan tərəfindən idarə olunub, dəstəklənib”.
Ətraflı süjeti təqdim edirik: