Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
Qazaxıstan Britaniya ilə strateji tərəfdaş oldu
Qazaxıstan və Böyük Britaniya hökumətləri arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalanıb.
Bu barədə Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu Astanada Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemeron ilə görüşündən sonra bildirib.
“Bu gün biz strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzaladıq. Şübhəsiz ki, bu mühüm saziş Astana ilə London arasında siyasi, ticarət və investisiya əlaqələrinin möhkəmlənməsinə mühüm təkan verəcək”, – deyə nazir bəyan edib.
Onun sözlərinə görə, ölkələr qarşılıqlı fəaliyyəti genişləndirmək və qarşılıqlı faydalı layihələri, təşəbbüsləri təşviq etmək üçün ümumi niyyətlərini təsdiqləyiblər.
“Elmi tədqiqatlar sahəsində əməkdaşlığımızın artırılmasına xüsusi diqqət yetirilib”, – Qazaxıstan XİN-in rəhbəri qeyd edib.
Mənbə: TASS