İrəvanda Rusiya bayrağı yandırılıb.
Hadisə aprelin 23-də ermənilərin qondarma “erməni soyqırımı”nın 108 illiyinə həsr edilən yürüşündə baş verib.
“Aztime” xəbər verir ki, bu hadisə, daim ermənilərin müdafiəçisi olan, 44 günlük vətən müharibəsində ermənipərəst mövqe tutan Semyon Peqovu əsəbləşdirib. O, İrəvandakı aksiya iştirakçılarını faşistlərlə müqayisə edib. Peqov, hətta Ermənistanı “banan respublikası” adlandırıb.