Gürcüstan Milli Legionunun döyüşçüləri məhv edilib
Ukraynada savaşa qatılan Gürcüstan Milli Legionunun döyüşçüləri məhv edilib.
Bu barədə “aztime”, Rusiya müdafiə nazirliyinə istinadən xəbər verir.
Məlumatda qeyd edilir ki, Gürcüstan Milli Legionu “İsgəndər” raketi ilə məhv edilib. Raket zərbəsi nəticəsində “Gürcüstan legionu”nun 60-a qədər döyüşçüsü ölüb, 15 hərbi texnika sıradan çıxıb. 20-yə yaxın muzdlu isə ağır yaralanıb.
Qeyd edək ki, Gürcüstan Milli Legionunun 2022-ci ilin martında Kiyev yaxınlığında rus hərbçilərinə işgəncə verdiyi və qətlə yetirdiyi bildirilirdi.