Cüdoçulardan ibarət milli komandamız Avropa kubokunda mübarizəyə başlayır
Bu gün Salonikidə (Yunanıstan) gənclər arasında cüdo üzrə Avropa kubokuna start verilir.
Oxu.Az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 11 təmsilçisi tatamiyə çıxacaq: Anar Quliyev (50 kq), Emil Hüseynli, Maqomedəli Xusiyev, Rüstəm Qasımzadə, Maqomed Rüstəmli (hamısı – 55 kq), Abdulla Kərimov, İlkin Qarayev, Zeyd Əsgərov (hamısı – 60 kq), Fəxri Sahibzadə, Özqan Quliyev və Ayxan Ələkbərov (hamısı – 66 kq).
Qeyd edək ki, iki gün davam edəcək Avropa kubokunda 29 ölkədən 439 cüdoçu iştirak edir.