Netanyahunun evinə dronla hücumun təfərrüatı məlum oldu
Oktyabrın 19-da İsrailin Baş naziri Benyamin Netanyahunun iqamətgahında “Hizbullah” təşkilatı tərəfindən buraxılan pilotsuz təyyarə onun evindəki yataq otağının pəncərəsini zədələyib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti məlumat yayıb.
Paylaşılan foto və video görüntülərdə binanın pəncərəsinə birbaşa zərbənin izləri görünür. Qeyd olunur ki, ümumilikdə dəyən zərər böyük olmayıb.
“Kan”ın versiyasına görə, bu, Netanyahunun iqamətgahındakı pəncərələrin zirehli olması ilə əlaqədar ola bilər. Hərbi senzura bu hadisə ilə bağlı məlumatların dərcinə qoyulan qadağanı aradan qaldırdıqdan sonra materiallar ictimaiyyətə açıqlanıb.