Ukrayna Ərdoğan və Trampın iştirakı ilə liderlər görüşü istəyir
“Ukrayna Rusiya tərəfinə avqustun sonuna qədər Rəcəb Tayyib Ərdoğan və Donald Trampın iştirakı ilə liderlərin görüşünün keçirilməsini təklif edib”.
Aztime.az-ın “Meduza” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə danışıqlar başa çatdıqdan sonra jurnalistlərə açıqlama verən Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib.
“Ukrayna effektiv diplomatiyanın zəruri təməli kimi tam və qeyd-şərtsiz atəşkəsdə israr etməkdə davam edir”, – deyə o bildirib.
Umerovun sözlərinə görə, Ukrayna atəşkəsə və sülh danışıqlarına başlamağa hazırdır:
“Biz vurğulayırıq ki, atəşkəs həqiqi olmalıdır. O, mülki obyektlərə və mühüm infrastruktur obyektlərinə zərbələrin tam dayandırılmasını ehtiva etməlidir”.
O əlavə edib ki, danışıqlar zamanı Ukrayna humanitar istiqamətə də diqqət yetirib və Kiyev təkcə hərbi əsirlərin deyil, həm də mülki şəxslərin, o cümlədən uşaqların azad edilməsində irəliləyiş gözləyir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.