“Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb”.
Aztime.az “Report”-a istinadən xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin dövlət qulluqçularına peşə bayramı münasibətilə təbrikində əksini tapıb.
DİM sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət qulluğu sahəsində apardığı ardıcıl uğurlu siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya” təsdiq edilib: “Strategiyanın əsas inkişaf istiqamətlərinə nümunə olaraq dövlət qulluğunda kadr siyasətinin inkişafını, dövlət qulluğunda səriştə (kompetensiya) modelinin tətbiqini, dövlət qulluğunda mütərəqqi motivasiya (həvəsləndirmə) sisteminin yaradılmasını və s. göstərmək olar. Strategiyanın əsas inkişaf istiqamətlərinə və hədəflərinə uyğun olaraq Dövlət Qulluğu Məcəlləsinin layihəsi hazırlanıb, hazırda onun təkmilləşdirilməsi prosesi gedir. Bununla yanaşı, Strategiyanın istiqamətinə müvafiq olaraq dövlət qulluğunda səriştə modelinin layihəsi hazırlanıb. Hazırda layihə modelin tətbiqi üçün beynəlxalq təcrübənin öyrənilməsi və ümumi gedişatın müəyyən olunması mərhələsindədir”.
M.Abbaszadə 23 iyun – Dövlət qulluqçularının peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını, o cümlədən “Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə” Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncamı ilə “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunan dövlət qulluqçularını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, mühüm və şərəfli missiyalarının, dövlətin qarşıya qoyduğu strateji vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.