Türkiyədə keçiriləcək prezident seçkisinin II turunda Sinan Oğan Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini elan edib.
Aztime.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Sinan Oğan keçirdiyi mətbuat konfransında bildirib.
O, seçiclərindən hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana səs vermələrini istəyib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. İkinci turda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğan və “Altılı masa”nın namizədi Kamal Kılıçdaroğlu mübarizə aparacaq.
ATA İttifaqının namizədi Sinan Oğan ilk turda 5,17 faiz səs toplamaqla əsas açar fiqura çevrilsə də, mübarizəni dayandırıb.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.