İsrail Livanda “Hizbullah”ın iki komandirini öldürüb
İsrail Livanda “Hizbullah”ın iki komandirini öldürüb
İsrail Müdafiə Ordusu Livanda “Hizbullah”ın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandirlərindən biri olan Xasin Əli Azkulu və qruplaşmanın “Raduan” xüsusi təyinatlı dəstəsi komandirlərindən sayılan Məhəmməd Xəlil Atiyanı öldürdüklərini təsdiqləyib.
Məlumata görə, Xasin Əli Azkul İsrail sərhədindən 35 km aralı, Tir şəhərinin şimalında Əbu əl-Asuad və Adlun arasında avtomobildə gedərkən PUA-dan atılan raketlə vurulub.
“Radvan” xüsusi təyinatlılarının strukturunda mühüm yer tutan Məhəmməd Xəlil Atiya isə aprelin 23-də İsrail sərhədindən 15-20 km aralı Arzun rayonunun şərqində Zrifa kəndində Müdafiə Ordusunun aviazərbəsi nəticəsində ölüb.
Mənbə: TASS