Rusiyada terror aktında yaralananlardan 61-nin vəziyyəti ağırdır – FOTO
Rusiyada terror aktında yaralananlardan 61-nin vəziyyəti ağırdır – FOTO
Moskva vilayətində “Crocus City Hall” konsert kompleksində törədilən terror aktı nəticəsində aralarında azyaşlıların olduğu 100-dən çox insan xəstəxanaya yerləşdirilib.
Bu barədə Rusiya Səhiyyə naziri Mixail Muraşko “Rossiya-24” telekanalında məlumat verib.
“115 nəfəri xəstəxanaya yerləşdirdik, onlardan beşi uşaqdır. Bir uşağın vəziyyəti ağırdır”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, daha 60 yetkin yaralının vəziyyəti ağırdır.
O, 30-dan çox insana isə ambulator yardım göstərildiyini vurğulayıb.
Xatırladaq ki, ötən gün “Crocus City Hall” konsert kompleksində terror aktı törədilib. Son məlumatlara görə, hadisə nəticəsində həlak olanların sayı 82 nəfərə çatıb. Ölənlərin və yaralananların sayının artacağı istisna olunmur.
Bundan əvvəl Səhiyyə Nazirliyi terror aktı nəticəsində ölən və yaralananların ilk siyahılarını açıqlayıb.