Hikmət Mirzəyevə yeni müavin təyin olunub
Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı, general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.
Oxu.Az “Report”a istinadla xəbər verir ki, bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb.
Qeyd edək ki, o, əvvəllər Azərbaycan Ordusunda dördüncü ordu korpusunun komandanı olub.