Bu gün keçiriləcək futbol oyunlarını hansı kanallardan izləmək olar?
Bu gün UEFA Avropa Liqasında VII turun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, “CBC Sport” kanalı saat 21:45-də başlayacaq “Qarabağ” – FKSB, 00:00-da start götürəcək “Mançester Yunayted” – “Reyncers” matçlarını canlı yayımlayacaq.
İctimai TV isə saat 21:45-dən etibarən “Fənərbağça” – “Lion” görüşünü canlı yayımlayacaq.
23 yanvar
UEFA Avropa Liqası
VII tur
Saat 21:45, “Qarabağ” – FKSB (“CBC Sport”);
Saat 21:45, “Fənərbağça” – “Lion” (İctimai TV);
Saat 00:00, “Mançester Yunayted” – “Reyncers” (“CBC Sport”).