Aysun İsmayılova ikinci ərindən də boşanır
Sosial şəbəkədə müğənni Aysun İsmayılova və vəkil həyat yoldaşı Ramil Vəliyevin boşanması ilə bağlı xəbərlər yayılıb.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Ramil Vəliyev Lent.az-a açıqlama verib.
O bildirib ki, ailədə problemlər olsa da, hələlik bununla bağlı məhkəməyə müraciət olunmayıb:
“Mənim kobud və soyuq xarakterdə olmağıma görə müəyyən problemlər var, amma boşanma qərarı və ya iddia məhkəməyə verilməyib”.
Qeyd edək ki, cütlük il öncə ailə həyatı qurub və 2024-cü ildə onların Sevgi adlı qız övladı dünyaya gəlib.
Xatırladaq ki, Aysun İsmayılova 2022-ci il iyunun 30-da da Eşqin Cəlilov adlı bəylə evlənib. Cütlük 2023-cü il mayın 5-də boşanıb.
Fotoda Aysun İsmayılova və Ramil Vəliyev
Fotoda Aysun İsmayılova və Eşqin Cəlilov