Sərhəddə baş verən zəlzələlər Almatını iki dəfə silkələdi: Həyəcanlı anlar – VİDEO
Sərhəddə baş verən zəlzələlər Almatını iki dəfə silkələdi: Həyəcanlı anlar – VİDEO
Qazaxıstanın Almatı şəhərində bu səhər 44 nəfər tibbi yardım üçün xəstəxanalara müraciət edib.
Onlar gecə saatlarında 6,7 bal gücündə hiss olunan zəlzələdən əziyyət çəkənlərdir.
Ölkənin Fövqəladə Hallar Departamentinin yaydığı məlumata görə, zəlzələnin episentri Almatıdan 264 km cənub-şərqdə, Qırğızıstan ərazisində, 65 km dərinlikdə yerləşib, maqnitudası isə 7,1 olub.
Yeraltı təkanlar bir neçə dəqiqə davam edib. Bir çox şəhər sakinləri tələsik evlərini tərk edərək kütləvi şəkildə küçələrə çıxıblar.
Bölgədə zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilməyib.
Bu səhər yerli vaxtla 9:52-də (Bakı vaxtı ilə 7:52 – red.) isə Almatıda yenidən zəlzələ hiss olunub. Bu dəfə təkanların hiss olunma dərəcəsi 2 bala qədər olub. 5,2 maqnitudalı yeni zəlzələnin episentri isə Çinlə Qırğızıstan sərhədində yerləşib.
Mənbə: Zakon.kz