Baydendən növbəti çaşqınlıq: İki naziri səhv saldı – FOTO
Baydendən növbəti çaşqınlıq: İki naziri səhv saldı – FOTO
Başına gələn hadisələrlə daim gündəmdə olan ABŞ Prezidenti Co Bayden bu dəfə də iki naziri səhv salıb.
Bu isə Ağ Evin mətbuat katibi Karin Jan-Pyerin dövlət başçısına dəstək verməsindən və onun psixi sağlamlığının normal olduğunu bildirməsindən bir neçə dəqiqə sonra baş verib.
İclas zamanı 81 yaşlı Bayden Daxili Təhlükəsizlik Nazirliyinin rəhbəri Alexandro Mayorkas və səhiyyə və sosial xidmətlər naziri Ksavye Beserranı qarışıq salıb. Bayden gender siyasəti üzrə müşavir Cen Klyayna təşəkkür edib və sonra onun “yanında oturan” Beserraya müraciət edib. Halbuki Cen Klyaynın yanında Mayorkas olub, Beserra isə görüşə videozəng vasitəsilə qatılıb.
Bir neçə dəqiqə əvvəl isə Karin Jan-Pyer Baydenə dəstəyini ifadə edib və onun son üç ildə dövlət başçısı kimi nailiyyətlərini vurğulayıb.
Mənbə: “Daily Mail”