Səudiyyə Ərəbistanında ilk dəfə suyun altında nikah mərasimi keçirilib
Səudiyyə Ərəbistanında ilk dəfə cütlük nikahlarını Qırmızı dənizdə suyun altında rəsmiləşdiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə NDTV məlumat verib.
Belə ki, Həsən Əbu Əl-Ola və nişanlısı Yasmin Daftardar Qırmızı dənizdə su altında üzüklərini taxaraq nikahlarını rəsmiləşdirən ilk cütlük kimi tarixə düşüblər.
Nikah mərasimi ilə yanaşı, cütlük sualtı şənlik də hazırlayıb.