Rusiya və İran milli valyuta ilə ödənişlərə keçib
Rusiya və İran arasında qarşılıqlı ödənişlərin 96%-dən çoxunda milli valyutalardan istifadə olunur və 2024-cü ildə ikitərəfli ticarətin həcmi 12,4% artıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kazanda BRİCS sammiti çərçivəsində baş tutacaq iki ölkə prezidentlərinin görüşü ərəfəsində Kremlin Mətbuat Xidməti məlumat yayıb.
“Hər iki ölkə rəhbərliyi ticarət-iqtisadi əlaqələrin inkişafına önəm verir. 2023-cü ildə qarşılıqlı ticarətin həcmi cüzi azalsa da, bu ilin əvvəlində 12,4 faizdən çox artıb. Avqustda milli valyutaların qarşılıqlı hesablaşmalarda payı 96%-i ötüb”, – deyə sənəddə qeyd olunub.