Dağıstanda avtomobil Şəki sakinini vuraraq öldürüb
Dağıstanda avtomobil Şəki sakinini vuraraq öldürüb
Dağıstanda Şəki sakinini avtomobil vuraraq öldürüb.
“Report”un məlumatına görə, hadisə Mahaçqala şəhərində baş verib.
Şəki rayon Orta Zəyzid kənd sakini, 1982-ci il təvəllüdlü Asim Rasim oğlu Nəbiyevi Mahaçqala şəhərində yolu keçmək istəyərkən avtomobil onu vurub. A.Nəbiyev hadisə yerindəcə ölüb.
Məlumata görə, 2 uşaq atası olan A.Nəbiyev bir müddət öncə Mahaçqala şəhərinə işləmək üçün gedib.