Hikmət Hacıyev: “Bəzi hərbi qruplar müqaviməti davam etdirəcəklərini bildirirlər”
“Qarabağda olan bəzi hərbi dəstələr müqaviməti davam etdirəcəklərini bildirirlər”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə müsahibəsində deyib.
H.Hacıyev bir daha rəsmi Bakının mövqeyini ifadə edib.
O qeyd edib ki, Azərbaycan silahlarını təslim edən Qarabağdakı erməni döyüşçülərə amnistiya nəzərdə tutur.
“Hazırda biz görürük ki, bəzi ayrı-ayrı hərbi qruplar bizimlə razılaşmayacaqlarını və müqaviməti davam etdirəcəklərini açıq şəkildə bəyan edirlər”, – deyə H.Hacıyev əlavə edib.
Hikmət Hacıyev xatırladıb ki, sentyabrın 22-də Azərbaycan Qarabağda yaşayan erməni əhaliyə ərzaq yükü göndərib.
“Azərbaycan Qarabağ ermənilərinin sülh yolu ilə reinteqrasiyasını istəyir”, – Hikmət Hacıyev vurğulayıb.