Keti Perrinin hit mahnılarının müəllifi iki aydır yoxa çıxıb – FOTO
Keti Perrinin hit mahnılarının müəllifi iki aydır yoxa çıxıb – FOTO
ABŞ-də pop müğənnisi Keti Perrinin hitlərinin müəllifi, 48 yaşlı Kamila Leyert-Sequra itkin düşüb.
Bu barədə bəstəkarın dostları xəbər veriblər.
Onların sözlərinə görə, qadını sonuncu dəfə iyunun 29-da görüblər.
“Keti Perrinin “Walking On Air” hitini yazan müğənni-bəstəkar və modelin təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır”, – deyə məlumata bildirilir.
Qeyd olunur ki, Leyert-Sequra Beverli Hillsdə yoxa çıxıb. İyun ayından bəri onun harada olmasından xəbər yoxdur.
Bəstəkarın dostları onun qaçırıla biləcəyini istisna etmirlər.
Mənbə: Sky News