Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu – YENİLƏNİB
Ermənistanda baş verən zəlzələ Azərbaycanda da hiss olundu – YENİLƏNİB
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi ölkədə hiss olunan zəlzələ barədə açıqlama verib.
Xidmət Mərkəzinin İnformasiya Şöbəsinin müdiri Vüsalə Rafiqqızı Oxu.Az-a bildirib ki, zəlzələ Ermənistan ərazisində olub və Azərbaycanın bir neçə rayonunda hiss edilib:
“Zəlzələnin maqnitudası 4,1 olub, ocağı altı kilometr dərinlikdə yerləşib”.
O qeyd edib ki, zəlzələ Tovuz, Gədəbəy və digər həmsərhəd rayonlarda hiss olunub.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, Tovuz stansiyasından 39 km cənub-qərbdə, Ermənistan ərazisində qeydə alınan zəlzələ Azərbaycanın sərhəd rayonlarında üç bala qədər hiss olunub.
14:09
Bu gün Azərbaycanda zəlzələ qeydə alınıb.
Oxu.Az-ın məlumatına görə, zəlzələ günorta saatlarında baş verib.
Belə ki, zəlzələ Ermənistanla sərhəd bölgədə olub.
Yeraltı təkanlar Gədəbəy və digər rayonlarda hiss edilib.
İlhamə Əbülfət