Azərbaycanda problemli kreditlərin məbləği 25 faiz azalıb
Azərbaycanda problemli kreditlərin məbləği 25 faiz azalıb
Bu il avqustun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 494,7 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, bu, iyulun 1-i ilə müqayisədə 1,5% azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 16,7%, son 1 ildə isə 25,3% azalıb.
Bu il iyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,2% təşkil edib. Bu nisbət iyunun sonuna 2,3%, ötən ilin sonuna 2,9%, ötən il iyunun sonuna isə 3,5% olub.