Adeldə bədən titrəmələri başlayıb
Adeldə bədən titrəmələri başlayıb
Britaniyalı müğənni Adel qəhvə içməyi dayandırdıqdan sonra səhhətində problemlər yaranıb.
Bu barədə ifaçının özü Las-Veqasda (ABŞ) konsertinin tamaşaçılarına danışıb.
35 yaşlı müğənni bildirib ki, kofeinin kəsilməsi onun miqren və bədən titrəməsi kimi şiddətli abstinensiya simptomlarına səbəb olub.
“Bu həftə qəhvədən imtina etmək qərarına gəldim və bütün həftə miqrenim oldu. Qəhvədən imtina etdiyim üçün iki gün başım şiddətli şəkildə ağrıdı – elə bil başımda dəlik açırdılar. Dəhşətli idi”, – deyə ulduz etiraf edib.
Adel kofeindən imtinanı siqareti tərgitməklə müqayisə edib.
“Siqaretdən imtina etməkdən, spirtli içki içməyi dayandırmaq cəhdindən daha çətindir”, – deyə o bildirib.
Müğənni əlavə edib ki, ilk gün beynini aldatmağa çalışıb və təxminən 25 stəkan kofeinsiz qəhvə içib. Ulduzun sözlərinə görə, o, yalnız səhnəyə çıxandan sonra özünü yaxşı hiss edib.
“Kofein və adrenalin yəqin eyni şeydir. Çünki mən səhnəyə çıxanda və hamınız birlikdə mahnı oxumağa başlayanda başağrısı bir az keçdi. Ona görə də titrədiyimi görsəniz, narahat olmayın”, – deyə Adel bildirib.
Mənbə: gazeta.ru