Rusiyanın tanınmış hərbi müxbiri Andrey Morozov intihar edib
Rusiyanın tanınmış hərbi müxbiri Andrey Morozov intihar edib
Rusiyada “Nam pişut iz Yaninı” “Telegram” kanalının müəllifi, hərbi müxbir Andrey Morozov (“Murz” təxəllüsü ilə də tanınırdı) intihar edib.
O, özünün kanalında bununla bağlı intihar məktubu qoyub.
“Murz” intihar qeydində özünə qəsd etməyinin səbəblərini açıqlayıb. Bundan başqa o, daşınmaz əmlakının satışından əldə edilən pulu dronlarla təchiz etmək üçün komandasına verilməsini istəyib.
Qeyd edək ki, A.Morozovun çıxışları səbəbilə Rusiya Müdafiə Nazirliyi ilə münasibətlərinin kəskin olduğu bildirilirdi.