Bakıda anası 16 yaşlı qızı evdən qovdu
Bakıda anası 16 yaşlı qızı evdən qovdu
Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.
Oxu.Az-ın məlumatına görə, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.
Belə ki, rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alan yeniyetmə müxtəlif ünvanlarda gecələməli olur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-a bildirilib ki, məsələ barədə araşdırma aparılır.
İlhamə Əbülfət