Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq
Azərbaycan millisinin sabiq futbolçusu daha on gün xəstəxanada qalacaq
“Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev daha 10 gün xəstəxanada qalacaq”.
Bu barədə “Report”a AFFA-nın Mətbuat Xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, insult keçirən 51 yaşlı keçmiş hücumçu bu müddət ərzində xəstəxanada müalicəsini davam etdirəcək:
“Vasilyevin növbəti xərclərini də milli assosiasiya öz üzərinə götürüb”.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.