Bakı sakini küçədə bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Aztime.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Çiçək qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Aqil Gülbala oğlu Şərifov şəxsi münasibətlər zəminində Rüfət Rahim oğlu İbrahimovu bıçaqlayıb .
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.