Dünyanın ən böyük su elektrik stansiyası: Çin yeni layihəyə başlayır
Çin hakimiyyəti Tibet yaylasında, Yarlung Tsanqpo çayı üzərində nəhəng su elektrik stansiyasının tikintisinə başlayıb.
Aztime.az “İnterfaks”a istinadən xəbər verir ki, Yarlung Tsanqpo Cənubi Asiyanın ən böyük çaylarından biridir. O həmçinin Hindistan və Banqladeşdən keçərək Qanq çayına axır.
“Power China” tikinti şirkətinin hesablamalarına görə, su elektrik stansiyası ildə 300 milyard kVt/saat elektrik enerjisi istehsal edə biləcək. Su elektrik qurğusunun dəyəri 167,1 milyard dollar qiymətləndirilir.
Tikinti başa çatdıqdan sonra bu qurğu miqyasına görə dünyanın ən böyük elektrik stansiyası olan Hubey əyalətindəki Yantszı çayı üzərində yerləşən su elektrik stansiyasını ötə bilər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.