40 ilin avtomobili inanılmaz qiymətə satılır
Moskvada nadir “Mercedes-Benz 190 E” avtomobili satışa çıxarılıb.
Aztime.az auto.ru-ya istinadən xəbər verir ki, “Cosworth” studiyasının təqdim etdiyi 2,3 litrlik mühərriki olan avtomobil məhdud sayda istehsal olunub.
1985-ci ildən bəri 190 E yalnız 3859 kilometr yol qət edib.
O, inanılmaz qiymətə – 16 milyon rubla (təxminən 350 min manata) satılır.
Texniki göstəricilərə gəlincə, avtomobilin mühərriki 185 at gücü hasil edir. Belə mühərriklə sedan 100 km/saat sürəti 7,5 saniyəyə yığa bilir.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.