9 yaşlı Yusifin dəstəyinizə ehtiyacı var
9 yaşlı Yusifin yardımsevər insanların köməyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Əsgərova məlumat verib.
O bildirib ki, övladı beyin iflicindən əziyyət çəkir:
“Bir müddət əvvəl oğlumu İrana apardım. Həkim bildirdilər ki, uşağın başına maye yığılıb. Təcili əməliyyat olunmalıdır. Əməliyyatın qiyməti 4 000 manatdır. Bu məbləğin 800 manatını yığmışam. Hazırda 3 200 manata ehtiyacımız var. Mən oğlumu tək böyüdürəm, həyat yoldaşım bizi atıb. Uşaq nə danışa bilir, nə də yeriyə. Yardımsevər insanlardan xahiş edirəm ki, bu məbləği toplamaqda bizə kömək olsunlar”.
Ailə ilə əlaqə: (051) 819-60-21.
Kart nömrəsi: 4169 7388 1597 9723.